Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto

Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto

Qətərdə keçirilən dünya çempionatının C qrupunda Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. "Lusail" stadionundakı görüşdə  cənubi amerikalılar ilk qolu 10-cu dəqiqədə on birmetrlik cərimə zərbəsindən yerinə yetiriblər. Qolu müəllifi Leonel Messi olub. Birinci hissəni  qələbə ilə başa vuran Skalonini yetirmələri ikinci hissədə gözlənilməz təzyiqlə üzləşiblər. Belə ki, Səudiyyə Ərəbistanın futbolçusu El Şehri 49-cu dəqiqədə hesabı bərabərləşdirib. Buraxılan qolun şokundan ayılmayan aregentinalılar 5 dəqiqə sonra hesabda geri düşüblər. Bu dəfə Əl Davsari fərqələnib. Matça 8 dəqiqə əlavə edən sloveniyalı Slavko Vinçiç matçı 105-ci dəqiqədə yekunlaşdırıb. Bununla da mundialda ilk sensasiya baş verib.             
 
Dünya çempionatı
 
22 noyabr
 
C qrupu
 
14:00. Argentina - Səudiyyə Ərəbistanı - 1:2
 
Qollar: Messi, 10-pen (1:0), El Şehri, 49 (1:1), Davsari, 54 (1:2)
 
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
 
"Lusail" stadionu
 
 

Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto