Mundialın favoriti ilk oyunda məğlub oldu - FOTO

Mundialın favoriti ilk oyunda məğlub oldu - FOTO

Argentina millisinin üzvü Lionel Messi dünya rekordunu təkrarlayıb.

35 yaşlı hücumçu buna DÇ-2022-nin ilk turunda Səudiyyə Ərəbistanı ilə görüşdə meydana çıxmaqla nail olub. O, nəticədə karyerasında 5-ci dəfə mundialda iştirak edib. Bu yeni rekord hesab olunur.

Daha əvvəl belə nəticəyə o, Antoni Karvahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus və Canluici Buffon (İtaliya) da imza atıb.

Həmçinin Messi Səudiyyə Ərəbistanı ilə görüşün 10-cu dəqiqəsində fərqlənməklə 4 dünya kubokunda qol vurmuş olub. O belə nəticəyə imza atan ilk argentinalıdır. Messi bu göstərici ilə həmyerlilərdindən əfsanəvi oyunçu Dieqo Maradona və Qabriel Batistutanı (hərəyə 3 dünya kubokunda qol vurublar) geridə qoyub.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan Argentina - Səudiyyə Ərəbistanı qarşılaşmasında hesab 1:0-dır.