Robert Levandovski: «Məni bağışlayın»

Robert Levandovski: «Məni bağışlayın»

Polşa millisinin kapitanı Robert Levandovski DÇ-2022-nin ilk turunda Meksika ilə keçirilən oyun haqda fikirlərini bölüşüb. “Ağıllı oynadıq, qalib gəlməli idik. Bunu qəbul etmək mənim üçün daha çətindir. Məni bağışlayın. Bütün dəstək sözləri üçün təşəkkür edirəm. Qrupdan çıxmaq üçün mübarizəmizi davam etdiririk”, - deyə polşalı futbolçu deyib.

Xatırladaq ki, qolsuz başa çatan matçda Levandovskinin penalti zərbəsini Meksika millisinin qapıçısı Gilyermo Oçoa dəf edib.