Belçika mundiala minimal hesablı qələbə ilə başladı 

Belçika mundiala minimal hesablı qələbə ilə başladı 

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında dördüncü günün oyunlarına yekun vurulub. Günün son oyununda F qrupunda yer alan Belçika və Kanada milliləri üz-üzə gəlib. Oyun Belçika yığmasının minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi 44-cü dəqiqədə fərqlənən Mişi Batşuayi olub.