“Sambaçı”lar mundiala qələbə ilə başladılar

“Sambaçı”lar mundiala qələbə ilə başladılar

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının beşinci gününə yekun vurulub. Günün son qarşılaşmasında G qrupunun yer alan Braziliya və Serbiya milliləri qarşılaşıb. Oyun braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan hər iki qol ikinci hissəyə təsadüf edib. “Sambaçı”ların heyətində 62 və 73-cü dəqiqələrdə Riçarlison fərqlənib. Braziliya millisi bu qələbə ilə top fərqinə görə qrupda birinci pilləyə yüksəlib. İkinci pillədə yer alan İsveçrənin də 3 xalı var. Xalı olmayan Kamerun və Serbiya isə 3-4-cü yerləri bölüşür.

Beləliklə, bu oyunla mundialda ilk tura yekun vurulub.

 

“Sambaçı”lar mundiala qələbə ilə başladılar “Sambaçı”lar mundiala qələbə ilə başladılar “Sambaçı”lar mundiala qələbə ilə başladılar “Sambaçı”lar mundiala qələbə ilə başladılar “Sambaçı”lar mundiala qələbə ilə başladılar “Sambaçı”lar mundiala qələbə ilə başladılar