Ronaldo mundiallar tarixinə düşdü

Ronaldo mundiallar tarixinə düşdü

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo tarixi nəticəyə nail olub. Ulduz futbolçu ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu adına sahib çıxıb. O, buna Qana ilə dünya çempionatının 1-ci turunun matçında penaltini dəqiq yerinə yetirməklə nail olub. Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illər keçirilmiş dünya çempionatlarında rəqib qapılarına yol tapmağı bacarmışdı. Qeyd edək ki, DÇ-2022-nin H qrupunda keçirilən Portuqaliya - Qana matçı avropalıların minimal hesablı qələbəsi ilə başa çatıb -3:2.