İngilislər DÇ-də yeni qapıçı tapdılar

İngilislər DÇ-də yeni qapıçı tapdılar

Hazırda Portuqaliya millisinin heyətində DÇ-2022-də çıxış edən qapıçı Dioqu Koşta iki İngiltərə nəhənginin diqqət mərkəzindədir. "Portu"nun qolkiperini "Mançester Yunayted" və "Çelsi" heyətinə qatmaq istəyir. Məlumata görə, Koştanın agenti Xorxe Mendeş müştərisinin gələcək karyerası baxımından perspektivli və ona yüksək maaş verə biləcək klublarla danışıq aparmaqda maraqlıdır. Mənbə Mendeşin şifahi təklifləri nəzərdən keçirdiyini və İngiltərə təmsilçiləri ilə bir neçə dəfə əlaqə saxladığını vurğulayıb.

"Portu" rəhbərliyinin Dieqonu müqaviləsində nəzərədə tutulan məbləğə - 75 milyon avroya satmağın əleyhinə olmadığı, MY ilə "zadəganlar"ın isə portuqaliyalı qapıçı üçün 50-60 milyon avro xərcləməyi planlaşdırdıqları bildirilib.