Qətər-2022: Kosta-Rika millisi Yaponiyaya qalib gəldi

Qətər-2022: Kosta-Rika millisi Yaponiyaya qalib gəldi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. E qrupunda ikinci turun oyunları çərçivəsində Kosta-Rika millisi Yaponiya yığması ilə qarşılaşıb. "Əhməd İbn Əli" stadionunda oynanılan matç Kosta-Rika yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

İngiltərəli baş hakim Maykl Oliverin idarə etdiyi oyunda yeganə qolu kosta-rikalı müdafiəçi Keyşer Fuller vurub. Hesabında 3 xal olan İspaniya, Yaponiya və Kosta-Rika milliləri qrupda ilk üç pillədə yer alıblar. Almaniya millisi hələki xal qazana bilməyib.

 

Azər