Qətər-2022: ABŞ Niderland yığmasına rəqib oldu

Qətər-2022: ABŞ Niderland yığmasına rəqib oldu

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 10-cu günü B qrupunun III turu çərçivəsində keçirilən iki oyunla başa çatıb. Günün son oyununda İran və ABŞ yığmaları qarşılaşıblar. Oyun ABŞ yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi 38-ci dəqiqədə fərqlənən Kristian Pulişiç olub.

Bu nəticə ilə xallarının sayını 5-ə çatdıran ABŞ millisi qrupda ikinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb. 1/8 finalda “Yankilər”in rəqibi A qrupunun birincisi Niderland yığması olacaq.