Mundialda ilk məşqçi istefası 

Mundialda ilk məşqçi istefası 

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk məşqçi istefası reallaşıb. Belə ki, Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa ərizəsi ilə gündəmə gəlib. 60 yaşlı təcrübəli mütəxəssis Qətərdə keçirilən mundialın qrup mərhələsinin üçüncü turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb. Argentinalı baş məşqçi komandanın mərhələ adlaya bilməməsinə görə məsuliyyəti üzərinə götürüb. X.Martino 2019-cu ildən Meksika millisində işləyib.
Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə pley-off mərhələsinə yüksələ bilməyib.