Messi əfsanəvi futbolçunu qabaqladı

Messi əfsanəvi futbolçunu qabaqladı

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyunların sayına görə həmyerlisi Dieqo Maradonanı qabaqlayıb. Qətərdə keçirilən mundialda C qrupu çərçivəsində Polşa millisinə qarşı oyun ulduz futbolçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-ə bərabərdir. Qeyd edək ki, Argentina - Polşa oyunu cənubi amerikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.