1/8 final: bu gün favoritlərdən biri büdrəyə bilər

1/8 final: bu gün favoritlərdən biri büdrəyə bilər

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə yekun vurulacaq. Mərhələnin son günündə  1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.Əvvəlcə İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu oyunların qalibləri 1/4 finalda bir-birləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.

 

 

6 dekabr

 

19:00. Mərakeş - İspaniya

 

Baş hakim: Fernando Rapallini (Argentina)

 

"Edyukeyşn Siti" stadionu

 

23:00. Portuqaliya - İsveçrə

 

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

 

"Lusail" stadionu

 

1/4 final cütlükləri

 

9 dekabr

 

19:00. Xorvatiya - Braziliya

23:00. Niderland - Argentina

 

10 dekabr

 

23:00. İngiltərə - Fransa

19:00. İspaniya/Mərakeş - Portuqaliya/İsveçrə