Potuqaliyalı baş məşqçi asiyalılarla vidalaşdı

Potuqaliyalı baş məşqçi asiyalılarla vidalaşdı

Cənubi Koreya millisinin baş məşqçisi Paulo Bento istefa verib. Bu barədə o, DÇ-2022-nin 1/8 finalında Braziliya millisinə 1:4 hesabı ilə uduzduqları oyundan sonra bildirib: “Gələcək haqqında düşünməliyik. Mən istefa barədə futbolçulara və Cənubi Koreya Federasiyasının prezidentinə bildirdim. Bu qərar hələ sentyabrda qəbul edilib. Oyunçulara etdiklərinə görə təşəkkür etməliyəm. Onlar bütün güclərini ortaya qoydular və mən onların məşqçisi olduğum üçün şadam və qürur duyuram”.

Qeyd edək ki, P.Bento 2018-ci ildən Cənubi Koreya millisini çalışdırırdı.