Luis Enrikenin əvəzedicisi müəyyənləşib

Luis Enrikenin əvəzedicisi müəyyənləşib

İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-dən sonra vəzifəsini tərk edəcək.

İspaniya Futbol Federasiyası yeni baş məşqçi vəzifəsinə namizədlə bağlı artıq qərar verib. Əsas namizədin "Atletik"in (Bilbao) sabiq çalışdırıcısı Marselino Toralın olduğu vurğulanıb.

Qeyd edək ki, Enrike 2019-cu ildən İspaniya millisinin baş məşqçisidir.

Xatırladaq ki, İspaniya DÇ-2022-nin 1/8 finalında bu gün Mərakeş millisi ilə qarşılaşacaq.