Qətər-2022: Pireneylilər rəqibinə aman vermədilər

Qətər-2022: Pireneylilər rəqibinə aman vermədilər

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. “Lusail stadium”da keçirilən oyunda Portuqaliya millisi İsveçrə yığması ilə qarşılaşıb. Avropa təmsilçilərinin duelindən Portuqaliya millisi böyükhesablı qələbə ilə ayrılıb -6:1. Fernandu Santuşun baş məşqçi olduğu komandanın heyətində 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə isə Rafael Leao fərqlənib. İsveçrəlilərin təsəlli qolunu isə matçın 58-ci dəqiqədə Manuel Akanci vurub.

Qeyd edək ki, darmadağınla 1/4 final yüksələn Pireney təmsilçisinin bu mərhələdəki rəqibi Mərakeş yığması olacaq.

 

Azər