Enrike azarkeşlərdən üzr istədi

Enrike azarkeşlərdən üzr istədi

Qətər-2022-də Mərakeşə penaltilər seriyasında uduzaraq mübarizəni dayandıran İspaniya millisinin baş məşqçisi Luis Enrike azarkeşlərdən üzr istəyib. 52 yaşlı baş məşqçi müsahibəsində məğlubiyətə görə məyus olduqlarını söyləyib: "Bağışlayın! Bizə görə həyəcanlandınız. Əmin olun ki, meydanda var gücümüzü ortaya qoyduq. İndi bizə yalnız Mərakeşi təbrik etmək qalır".

Qeyd edək ki, görüşün əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında daha dəqiq yerinə yetirən (3:0) Mərakeş millisi tarixində ilk dəfə adını 1/4 finala yazdırıb.

 

Azər