Ronaldonun uğursuzluğu

Ronaldonun uğursuzluğu

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Qətərdə təşkil olunan mundialın ən çox oyundankənar vəziyyətə düşən futbolçudur. Ulduz futbolçu hazırkı mundialda 7 dəfə belə halla üzləşib. Təcrübəli forvard son olaraq İsveçrəni 6:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin matçında uğursuzluqla üzləşib. Ronaldu 83-cü dəqiqədə topu qapıdan keçirsə də, qol hesaba alınmayıb.

Bu göstəriciyə görə İspaniya yığmasının futbolçusu Alvaro Morata ikinci sıradadır. 30 yaşlı hücumçu 5 dəfə ofsayda düşüb.