Mərkəzi televiziyada ilk dəfə

Mərkəzi televiziyada ilk dəfə

KXDR-in mərkəzi televiziyası Qətərdə keçirilən mundial başlayandan ilk dəfədir ki, Cənubi Koreyanın iştirakı ilə keçirilən matçı yayımlayıb. Bu Braziliya ilə görüşə təsadüf edib. Cənubluların 1:4 məğlub olduqları qarşılaşma redaktə olunaraq tamaşçılara təqdim olunub. Maraqlıdır ki, titrlərdə koreyalıların adları silinmiş vəziyyətdə nümayiş edilib.

Qeyd edək ki, KXDR-də Cənubi koreyalıların iştirakı ilə keçirilən oyunların heç biri yayımlanmır. Hətta Avropanın aparıcı klublarında cənublular iştirak edirsə, mərkəzi televiziya həmin görüşü nümayiş etdirmir.

 

Anar