Argentina millisi penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəldi

Argentina millisi penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəldi

Qətərdə keçiirlən futbol üzrə dünya çempionatında daha bir yarımfinalçının adına aydınlıq gəlib. Bu ¼ finalda penaltilər seriyasında Niderland millisinə qalib gələn Argentina komandasıdır. Cənubi amerikalılar oyunun Nahuel Molina (35) və Lionel Messinin (73) qolu ilə hesabda irəli çıxsa da bu üstünlüyünü sona qədər qoruya bilməyiblər. Belə ki, narıncılar sonradan oyuna daxil olan Vaut Veqhorstun 83-cü və 90+11-ci dəqiqədə vurduğu qollarla hesabı bərabərləşdiriblər. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda əlavə dəqiqələrdə də qalib müəyyənləşməyib. Onbirmetrlik cərimə zərbələrində isə daha dəqiq olan cənubi amerikalılar yarımfinala yüksəliblər. Bu mərhələdə Lionel Skaloninin baş məşqçisi olduğu komandanı penaltilər seriyasında Braziliyanı mübarizədən kənarlaşdıran Xorvatiya komandası gözləyir.

Argentina - Xorvatiya oyunu dekabrın 13-də təşkil olunacaq.