«Tanrının planın bizim plandan daha yüksəkdədir»

«Tanrının planın bizim plandan daha yüksəkdədir»

Madrid «Real»ının və Braziliya millisinin vingeri Vinisius Junior özünə məxsus sosial şəbəkə postunda daha iddialı fikirlər bildirib. «Meydanda, soyunub-geyinmə otağında, təyyarədə, evdə dayanmadan ağlamışam. Biz çempionluğa necə də, yaxın idik. Bu fikirləri bir neçə dəfə yazıb, pozmuşam. Amma indi pozmuram. İstəyirəm hamı oxusun. Məyusluğumu ifadə edəcək bundan yaxşı cümlələr tapa bilmirəm. Tanrının planın bizim plandan daha yüksəkdədir. Lakin həyat davam edir. Əminəm ki, biz milyonlarla azarkeşimizi məyus etmişik. Amma təslim olan deyilik. Dörd ildən sonra yenidən biz dünya çempionu titulu uğrunda mübarizə aparacağıq. Bax, həmin vaxt hamı Braziliyanın qələbəsindən danışacaq.  Bir qədər səbrli olun», - deyə Vinisius qeyd edib.

 

 

 

Anar