Bu gün Qətər-2022-nin ilk finalçısı müəyyənləşəcək

Bu gün Qətər-2022-nin ilk finalçısı müəyyənləşəcək

Bu gün Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

Finala vəsiqə uğrunda ilk oyununda Argentina və Xorvatiya milliləri üz-üzə gələcək. Bu oyundan sonra mundialın ilk finalçısının adına aydınlıq gələcək.

"Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.