Fransalı qapıçını yeni rekorddan bir oyun ayırır

Fransalı qapıçını yeni rekorddan bir oyun ayırır

Futnol üzrə Fransa millisinin qapıçısı Uqo Loris mundiallarda qolkiperlərə məxsus rekordu təkrarlayıb. 36 yaşlı qolkiper bu uğura Mərakeşlə yarımfinal oyunu zamanı nail olub. Belə ki, bu görüş U.Lorisin dünya çempionatlarında 19-cu oyunu olub. Almaniyalı qapıçı Manuel Noyerin də aktivində eyni sayda oyun var. Finala vəsiqə qazanan fransalı qapıçı həlledici oyunda meydana çıxmaqla almaniyalı qolkiperin rekordunu yeniləyəcək.

Qeyd edək ki, Fransa yığması yarımfinalda Mərakeşə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Finalda Fransa yığmasının rəqibi Cənubi Amerika təmsilçisi olan Argentina yığması olacaq.

 

Azər