Mik Şumaxer “Mercedes”in ehtiyat pilotu olacaq

Mik Şumaxer “Mercedes”in ehtiyat pilotu olacaq

Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin oğlu Mik “Mercedes” komandası ilə müqavilə imzalayıb. Tərəflər arasında 2023-cü il mövsümünün sonunadək anlaşma əldə olunub.

Müqaviləyə əsasən, Mik Şumaxer “Mercedes”in ehtiyat pilotu olacaq. O, “W14” bolidinin inkişafında yaxından iştirak edəcək, həmçinin simulyatorlar üzrə çalışacaq və marketinq üzrə tədbirlərə qatılacaq.

Ehtiyat pilot “Mercedes” ilə növbəti mövsüm bütün Qran-prilərdə iştirak edəcək.