Qadın voleybolçular arasında I Liqa yarışlarına start verildi

Qadın voleybolçular arasında I Liqa yarışlarına start verildi

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatı 2022/2023 illər mövsümü üzrə I Liqa yarışlarına start verilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan yarışın ilk günündə üç oyun keçirilib. I Liqanın açılış matçında “Dinamo” “Queens” komandası ilə qarşılaşıb. Ardınca “Qarabağ” “Lokomotiv”i, “Ryuqa” “Murov-2”ni sınağa çəkib. Günün qalibləri “Dinamo”, “Qarabağ” və “Murov-2” komandaları olublar.

Qeyd edək ki, birincilikdə 16 klub - “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo”, “Şəki”, “Sumqayıt”, “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”, “Qusar” komandaları çıxış edir.

A qrupu: - “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo”, “Şəki”, “Sumqayıt”

B qrupu: “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”, “Qusar”

Reqlamentə əsasən komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparır. Ardınca pley-off mərhələsi keçiriləcək.