Ədalət təmsilçimizə növbəti etimad

Ədalət təmsilçimizə növbəti etimad

Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov yeni ildə ilk beynəlxalq təyinatını alıb. O Türkiyədə qadın voleybolçulardan ibarət “Fənərbağça” və Almaniyanın “Ştutqart” komandaları arasında Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununu idarə edəcək. İstanbulda, Burhan Felek Voleybol Mərkəzində keçiriləcək oyunda E.Zülfüqarova rumıniyalı Paul Szabo-Aleksi kömək edəcək.

Qeyd edək ki, qarşılaşma yanvarın 18-də keçiriləcək.