“Azərreyl” liderliyini davam etdirir

“Azərreyl” liderliyini davam etdirir

Qadınlar arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının ilk dövrəsində növbəti oyunlar keçirilib. Üçüncü tur çərçivəsində "Murov" klubu "Azərreyl"lə, UNEC "Abşeron"la üz-üzə gəlib.

Voleybol mərkəzində keçirilən ilk matçda "Azərreyl" rəqibini 3:1 hesabı ilə məğlub edib. Digər qarşılaşmada isə "Abşeron" UNEC komandası üzərində hər 3 setdə qələbə qazanıb.

Beləliklə, turnir cədvəlinə 3 turdan sonra xal itirməyən "Azərreyl" başçılıq edir. Komandanın aktivində 9 xal var. "Murov" 6 xalla ikinci, "Abşeron" 3 xalla üçüncüdür. Hesabında xalı olmayan UNEC sonuncu pillədə qərarlaşıb.