Fərid Qayıbov Macarıstanın müdafiə naziri ilə görüşüb

Fərid Qayıbov Macarıstanın müdafiə naziri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Macarıstan Respublikasının müdafiə naziriKristofSzalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan nazir Fərid Qayıbov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

NazirKristofSzalay-Bobrovnicski səmimi qəbula görə təşəkkür edib və dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.