"Özümü qalib ölkənin qalib döyüşçüsü hesab edirəm"  - Video

"Özümü qalib ölkənin qalib döyüşçüsü hesab edirəm"  - Video

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.
Görüş başa çatdıqdan sonra idmançımız öz fikirlərini həmkarlarımızla bölüşüb.
" Qeyd edim ki, əsas diqqəti italiyalı idmançıya yönəltmişdim. Şükürlər olsun ki, istəyimə çatdım. Avropa Oyunlarında medal qazanmağa müvəffəq oldum. Mən 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Özümü qalib ölkənin qalib döyüşçüsü hesab edirəm", - deyə Fərid Ağamoglanov bildirib.
Xatırladaq ki,  full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.
Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.