Avropa Kubokunun qalibləri Vətənə qayıdıb

Avropa Kubokunun qalibləri Vətənə qayıdıb

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) iştirak edən kişilərdən ibarət “MUROV AZ TERMİNAL” klubu Vətənə qayıdıb. Komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, idman ictimaiyyəti və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, “MUROV AZ TERMİNAL” komandası çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub.