"Neftçi" ili qələbə ilə başa vurdu

"Neftçi" ili qələbə ilə başa vurdu

Kişi voleybolçular arasında Yüksək Liqada ilin son oyunu keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matçda “Azərreyl” və “Neftçi” klubları üz-üzə gəliblər.

Qarşılaşmanın gərgin keçən ilk setini “ağ-qaralar” qalib başa vurublar. İkinci hissədə isə nominal meydan sahibləri daha yaxşı oynayaraq hesabı bərabərləşdiriblər. Lakin “Neftçi” yenidən təşəbbüsü ələ alaraq növbəti setləri də aktivinə yazdırıb və 3:1 hesablı qələbə qazanıb.

Turnir cədvəlinə 16 xalla “Xarı Bülbül Şuşa” başçılıq edir. 14 xalı olan “Azərreyl” 2-cidir. “Murov” 13 xalla üçüncü, “Neftçi” 10 xalla dördüncü, “Xarı Bülbül Laçın” 4 xalla beşinci, xalı olmayan MOİK isə 6-cı yerdədir.