Voleybolçular “Qış kuboku”nda bir araya gəliblər

Voleybolçular “Qış kuboku”nda bir araya gəliblər

Çimərlik voleybolu üzrə “Qış kuboku” keçirilib. İki gün davam edən və fərqli formatda keçirilən turnirdə qızlar və oğlanlar bir komandada çıxış ediblər. 189-190 nömrəli orta məktəbin idman zalında 6 komandanın iştirakı ilə keçirilən kubokubun qalibinə yarışın kuboku, digər iştirakçılara isə diplomlar təqdim olunub.

Qeyd edək ki, payız və qış aylarında çimərlik voleybolçularımızın məşq prosesi qapalı zalda keçirilir.