Millimiz EEVZA çempionatında iştirak edəcək

Millimiz EEVZA çempionatında iştirak edəcək

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək. Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən xəbər verilib. Məlumata görə, yarış gələn il yanvarın 3-7-də Litvanın Şaulyay şəhərində təşkil olunacaq. Millimiz yarış çərçivəsində 5 oyun keçirəcək.

Oyunların təqvimini təqdim edirik:

3 yanvar
14:00. Azərbaycan – Estoniya

4 yanvar
14:00. Azərbaycan – Latviya

5 yanvar
16:30. Azərbaycan – Ukrayna

6 yanvar
19:00. Azərbaycan – Litva

7 yanvar
16:30. Azərbaycan - Polşa