Aktau taekvondoçuları Bakıda "Qafqaz" klubu ilə hazırlıq keçir

Aktau taekvondoçuları Bakıda "Qafqaz" klubu ilə hazırlıq keçir

Qazaxıstanın Aktau şəhərinin taekvondo komandası Bakıya səfərə gəlib.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, heyətində kadetlər, yeniyetmələr və gənclərin yer aldığı komanda paytaxtımızda təlim-məşq toplanışı keçir.

Qazaxıxtanlı taekvondoçular Azərbaycanın "Qafqaz" Taekvondo Klubu ilə birgə məşq edirlər. Hazırlığın gedişində yerli idmançılarla sınaq döyüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, aktauluların heyətində dünya çempionu, Asiya çempionatının və yerli turnirlərin mükafatçıları da yer alıblar.