Bu gün qadın voleybolçular arasında Yüksək Liqada növbəti tura start veriləcək

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada növbəti tura start veriləcək

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunlarına start veriləcək. Günün ilk matçı Gəncədə təşkil olunacaq. “Gəncə” komandası doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Oyun 15:00-da start götürəcək.

Günün ikinci oyunu isə saat 17:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Həmin oyunda “Abşeron” komandası “Murov Az Terminal”la üz-üzə gələcək.

Günün son oyununda isə turnir cədvəlinin lideri “Azərreyl” UNEC-in qonağı olacaq. Saat 18:00-da start götürəcək qarşılaşma UNEC-in idman zalında keçiriləcək.