Yeniyetmə oğlanlardan ibarət komandaların rəhbəri voleybolçulara ilk məşqini keçib

Yeniyetmə oğlanlardan ibarət komandaların rəhbəri voleybolçulara ilk məşqini keçib

Gənc və yeniyetmə oğlanlardan ibarət komandaların rəhbəri Cahangir Seyed Abbasi bu gün GİN-nin Voleybol Mərkəzində yeniyetmə voleybolçulara ilk məşqini keçib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk məşqdə 20-yə yaxın idmançı iştirak edib. Bu idmançılar Bakıda aparılan seçimlərdə fərqlənən gənclərdir. 
Qeyd edək ki, seçimlər və məşqlər mütəmadi olaraq həm Bakıda, həm də bölgələrdə təşkil olunacaq. Qısa zamanda həmin uşaqlardan ibarət iki yaş qrupunda komandalar formalaşdırılacaq.