Azərbaycan çempionatında növbəti oyunlara start verilir

Azərbaycan çempionatında növbəti oyunlara start verilir

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlara start veriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq ilk oyunda “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları qarşılaşacaq. Oyun saat 15:00-da başlayacaq.

Bu oyundan sonra “Azərreyl” və “Gəncə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.

Tura martın 13-də yekun vurulacaq.