Makqreqor blogerlərə əl gəzdirəcək

Makqreqor blogerlərə əl gəzdirəcək

Məşhur irlandiyalı MMA və UFC çempionu Konor Makqreqor KSI, Ceyk Pol və ya Tommi Fyuri kimi tanınan bloger Olajide Olatunci ilə mümkün döyüşlə bağlı sualı cavablandırıb. “Mənim üçün bu yarım iş olardı. Hesab edirmə ki, bu uşaqlarla görüşüm yaddaqalan olacaq. Maraqlı bir görüş üçün səbirsizlənirəm”, - deyə jurnalist Maykl Benson Sneak PeekTV-yə istinadən sosial şəbəkələrdə Makqreqorun sözlərini sitat gətirib.