Voleybol millimiz Avropa çempionatına Türkiyədə hazırlaşacaq 

Voleybol millimiz Avropa çempionatına Türkiyədə hazırlaşacaq 

Avropa çempionatında iştirak edəcək çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan millisi yarışa hazırlığını Türkiyədə davam etdirəcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız bu məqsədlə bu gün Antalyaya yollanıb. Rusiyalı mütəxəssis İqor Olefirin rəhbərlik etdiyi komanda Antalyada 14 gün təlim-məşq toplanışı keçəcək. Yığmamız hazırlıq çərçivəsində bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.

Təlim-məşqlərə 7 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.

Qeyd edək ki, Avro-2024 bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində keçiriləcək.