Azərbaycan millisi Olimpiya Təsnifat turnirinin finalına vəsiqə qazandı 

Azərbaycan millisi Olimpiya Təsnifat turnirinin finalına vəsiqə qazandı 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununu keçirib. 

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.