Amerikalı atletlər olimpiada üçün geyimlərdən narazıdırlar   

Amerikalı atletlər olimpiada üçün geyimlərdən narazıdırlar   

ABŞ-ın atletika üzrə yığmasının üzvləri «Nike» şirkətinin Paris-2024 Yay Olimpiya Oyunları üçün hazırladığı geyim formasından narazı qalıblar. Heyətin üzvləri qeyd ediblər ki, geyimlər həddindən artıq açıq-saçıq görünür. “Formalar çıxış üçün nəzərdə tutulmayıb. Bədənlərimiz fərqlidir. Açıq-saçıq görünən bu geyimlər böyük müzakirələrə səbəb olacaq. Özümüzü isə narahat edəcəyik”, - deyə  Reuters qaçışçı Kolin Kiqlidən sitat gətirib. Şüvüllə tullanma üzrə Olimpiya çempionu Keti Mun sosial şəbəkədəki səhifəsində təqdim olunan formanın narahatlıq doğurduğunu qeyd edib. İdmançı bildirib ki, şirkət idmançıların geyim seçmək və onlara üstünlük vermək hüququna hörmət etməlidir.