Azərbaycan çempionatında ikinci finalçı da müəyyənləşdi

Azərbaycan çempionatında ikinci finalçı da müəyyənləşdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib.

“Murov Az Terminal” həlledici mərhələyə vəsiqə qazanıb.

Komanda yarımfinal mərhələsinin ikinci matçında "Neftçi"ni 3:0 (25:20, 25:21, 25:19) hesabı ilə üstələyib. İlk görüşdə də eyni hesab qeydə alınmışdı.

“Murov Az Terminal” finalda “Azərreyl”lə üz-üzə gələcək.