Bolt Mbappeni duelə çağırdı

Bolt Mbappeni duelə çağırdı

Atletika üzrə 8 qat Olimpiya, 11 qat dünya çempionu yamaykalı Useyn Bolt PSJ-in hücumçusu Kilian Mbappeni «duelə çağırıb». Bu hadisə Madriddə (İspaniya) «Laureus World Sports Awards» mükafatının təqdimetmə mərasimində baş verib.

Xatırladaq ki, Bolt çıxışları zamanı səkkiz dünya rekordunun müəllifi olub. O, ardıcıl üç Olimpiadada (Pekin-2008, London 2012 və Rio-2016) 100 və 200 metr məsafələrə qaçışda qalib olmuş yeganə idmançıdır. Bolt hazırda Yamayka komandasının tərkibində 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə), həmçinin Yamayka komandasının tərkibində 4x100 metr estafetdə dünya rekordlarının müəllifidir - 36,84 san.