Cüdo üzrə Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi, dünya və dördqat Avropa çempionu Hidayət Heydərovun ailəsində sevinc yaşanıb.
“Olimpnews.az” xəbər verir ki, tanınmış idmançımızın övladı dünyaya gəlib. Bu barədə Olimpiya çempionumuz özü sosial şəbəkə hesabında paylaşım edərək, sevincini izləyiciləri ilə bölüşüb.
Gənc ata olan Hidayət Heydərovun oğlu olub.
Qeyd edək ki, məşhur idmançımız Leyla adlı xanımla ailə həyatı qurub.