Azərbaycanın voleybol millisi Slovakiyaya yollanıb

Azərbaycanın voleybol millisi Slovakiyaya yollanıb

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.

Bu barədə Olimpnews.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək. Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub