Usangi Kokauri dünya çempionatını beşinci pillədə başa vurdu

Usangi Kokauri dünya çempionatını beşinci pillədə başa vurdu

BOK

19.06.2025, 22:28

Cüdo üzrə milli komandamızın üzvü Uşangi Kokauri dünya çempionatını beşinci pillədə başa vurub.  Olimpnews.az xəbər verir ki, +100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz bürünc medal uğrunda həlledici qarşılaşmada tacikistanlı Temur Raximova məğlub olub.  Beləliklə, dünya çempionatının fərdi yarışlarında 13 (9 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunan komandamız mundialı üç bürünc medalla başa vurub. Yığmamızın aktivinə medalları Zelim Tçkayev (-81 kq), Elcan Hacıyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) qazandırıb.  Millimiz bu nəticə ilə ümumi komanda hesabında 14-cü yeri tutub.  Qeyd edək ki, dünya çempionatına  sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR