Braziliyalı yarımmüdafiəçi Filipp Koutinyo "Aston Villa"dan ayrılıb.
Olimpnews.az Birmingem klubu rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ölkəsində "Vasko da Qama" klubuna keçib.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi "Aston Villa"da 43 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.