Londonda keçirilən Uimbldon turnirinin əməkdaşı nahar vaxtı yemək məntəqələrindən birində sifariş verdiyi salatından bolt tapıb.
Olimpbews.az Daily Mail-in məlumatına istinadən xəbər verir ki, hadisə bazar ertəsi "All England Lawn Tennis and Croquet Club"da baş verib.
Adı çəkilməyən xanımın 13 funt-sterlinq (təxminən 15 avro) dəyərində sifariş verdiyi salatdan bolt çıxıb. Kafe əməkdaşları baş vermiş hadisədən məyus olublar. Lakin buna görə sifariş yenilənməyib.