"Dünyanın ən sürətli adamı" reaksiyasını gizlədə bilmədi 

"Dünyanın ən sürətli adamı" reaksiyasını gizlədə bilmədi 

Səkkizqat yamaykalı Olimpiya çempionu Useyn Bolt Yaponiyada keçirilən dünya çempionatında həmyerlisi Oblik Sevilyanın 100 m məsafədə qələbəsinə emosional reaksiya verib. Həmin reaksiya ekranlarda öz əksini tapıb. 
Məlumat üçün bildirək ki, Sevilya 9,77 saniyə (şəxsi ən yaxşı göstərici) nəticə göstərərək, ilk dəfə dünya çempionu tituluna yiyələnib. Onun komanda yoldaşı Kişane Tompson ikinci yeri tutub. İlk üçlüyü isə Paris-2024 Yay Olimpiya Oyunlarının tamamlayıb.

Atletika üzrə dünya çempionatı-2025 Kişilər 100 m:

Oblik Sevilya (Yamayka) - 9,77.
Kişane Tompson (Yamayka) - 9,82.
Noa Layls (ABŞ) - 9,89.
Kennet Bednarek (ABŞ) - 9,92.
Gift Leotlela (CAR) - 9,95.