Duplantisə yenə də heç kim mane ola bilmədi  

Duplantisə yenə də heç kim mane ola bilmədi  

İkiqat Olimpiya çempionu isveçli Armand Duplantis Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında şüvüllə tullanmada qızıl medal qazanıb. Bununla da o, 25 yaşında üçqat dünya çempionu olub. Duplantis 6,15 m hündürlüyü dəf edib.
Yunanıstanlı Emmanuil Karalis və avstraliyalı Kertis Marşal ilk  üçlükdə qərarlaşıb.
Atletika üzrə dünya çempionatı - 2025
Şüvüllə tullanma (kişilər)
Nəticələr:
1.Armand Duplantis (İsveç) - 6,15 m.
2.Emmanuel Karalis (Yunanıstan) - 6 m.
3.Kertis Marşal (Avstraliya) - 5,95 m.
4. Sem Kendriks (ABŞ) - 5,90 m.