Rafinya "El-Klasiko"nu buraxacaq

Rafinya "El-Klasiko"nu buraxacaq

"Barselona" klubunun futbolçusu Rafinyanın sabah La Liqanın X turu çərçivəsində keçiriləcək "El-Klasiko"bu buraxacağı dəqiqləşib. 
Olimpnews.az xəbər verir ki, daha əvvəl "sambaçı"nın Madrid "Real"ı ilə oyuna qədər hazır olacağı deyilsə də, gözlənilənlərin əksi baş verib. O, dünən ağrılar hiss edib və məşqi yarımçıq başa vurmalı olub. Rafinya bu gün komanda ilə məşqlərdə də iştirak etməyib. 

Qeyd edək ki, "Real" və "Barselona" komandaları arasında oyun oktyabrın 26-da saat 19:15-də Santyaqo Bernaneu stadionunda keçiriləcək.